Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında hökumətlərarası saziş imzalayıb 
  miri/Aran Agentliyi
Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında hökumətlərarası saziş imzalayıb. Bu barədə “TRT Haber” kanalı məlumat yayıb. Sənədə prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan imza atıb.
 
Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycan və Türkiyə "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün konsorsiumun yaradılmasına dair anlaşma memorandumu imzalayıblar. Hazırda TANAP-da Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ 20 faiz, ARDNŞ isə 80 faiz paya malikdir.
 
Boru kəmərinin ilkin mərhələdə illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr təşkil edəcək. 6 milyard kubmetr qaz Türkiyəyə, qalan hissə isə Avropaya nəql olunacaq.
 
anspress