Konqresdə 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının nümayəndələri iştirak edir
  miri/Aran Agentliyi
Bakıda Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı başlayıb.  Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. 
 
Qeyd edək ki, 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak etdiyi konqresdə “Böyük İpək Yolu”na həsr olunmuş film nümayiş olunacaq, panel müzakirələri aparılacaq.
 
Konqres çərçivəsində Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi, gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə qala-konsert keçirilməsi də nəzərdə tutulub. Konqresin keçirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıyıcılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə verilməsidir.
 
Tədbir iyunun 30-dək davam edəcək.