Tarix : 2012 Jun 27
Kod 31188

Rəsmi Bakı: Hökumətin islam müqəddəslərinə hörmətsizlik edənlərlə əlaqəsi yoxdur

İran İslam Respublikası xarici diplomatiya idarəsinin sözçüsü deyib: Qonşu ölkələr ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mövcud potensiallardan istifadə etməli...
/Aran Agentliyi

İran İslam Respublikası xarici diplomatiya idarəsinin sözçüsü deyib: Qonşu ölkələr ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mövcud potensiallardan istifadə etməli, xalqın emosiyalarına zərbə atmosferi yaratmamalıdırlar.

İran XİN sözçüsü Ramin Mehmanpərəst bu gün yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında İran səfirinin Bakıya dönüşü barədə deyib: Azərbaycan Respublikasında dini müqəddəslərə və təqlid mərcələrinə hörmətsizlikdən sonra İranın Bakıdakı səfiri Tehrana geri çağırıldı və İran səfirinin Tehranda olduğu zaman ərzində Azərbaycan Respublikası rəsmiləri açıqlamalar verdi. Onlar bu açıqlamalarda  bildirdilər ki, hökumətin islam müqəddəslərinə hörmətsizlik edənlərlə əlaqəsi yoxdur və onlarla kəskin şəkildə müxalifdir.

İranın XİN sözçüsü habelə Ərəbistanda İran vətəndaşlarının edam olunması və onların cəsədlərinin gətirilməsinin vəziyyəti barəsində deyib: Ərəbistanda İran vətəndaşlarının narkotik maddələri daşımaq bəhanəsi ilə edam hökmü məsələsi İran XİN-də təyin olunmuş heyətin Ərəbistana səfər gündəmində ciddi şəkildə yer alır.

"Təəssüflər olsun ki, beynəlxalq konvensiyalara riayət olunmaması, o cümlədən İran vətəndaşları ilə əlaqə yaradılmaması və onların cəsədlərinin təhvil verilməməsinə görə, İran heyəti bu səfərin ciddi şəkildə izlənilməsi və Ərəbistan rəsmilərinn cavab verməsini istəyir" –fikrini Mehmanpərəst qeyd edib.

İranın XİN sözçüsü Misir prezident seçkilərində Məhəmməd Mursinin qələbəsi barəsində də deyib: Mursinin qələbəsi inqilabın davam etdirilməsi istiqamətində Misir xalqının irəliyə doğru addımının göstəricisi idi və regionun müstəqil ölkələri regionda təhlükəsizlik və stabillik istiqamətində bu öklənin yeni hökuməti ilə əməkdaşlıq edə bilərlər.

Nazirlik rəsmisi habelə İranın Suriyada oğurlanmış mühəndislərinin taleyi barəsində Teleradionun Sərhədaşırı bölməsi müxbirinin sualına cavabda deyib: Suriyadakı mövcud ağır duruma baxmayaraq, İran XİN Suriyada oğurlanmış İran vətəndaşlarının azadlığı üçün bütün səyini göstərir.

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 27