İran və Gürcüstan arasında xalq təbabəti və qeyri-kimyəvi dərmanların istehsalı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
/Aran Agentliyi
İran və Gürcüstan arasında xalq təbabəti və qeyri-kimyəvi dərmanların istehsalı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
İRNA-nın məlumatına əsasən, İran Xalq Təbabəti Cəmiyyətinin sədri Məhəmməd Baqir Rzayi deyib: Tiflisdə keçirdiyimiz Gürcüstanın ekologiya rəsmiləri ilə görüşdə iki ölkə arasında qeyri-kimyəvi dərman istehsalında əməkdaşlıq cəhətləri barədə söhbətlər oldu.
İran Xalq Təbabəti Cəmiyyəti elmi-tədqiqat sahələrində əməkdaşlıqları genişləndirmək, elmin keyfiyyət və kəmiyyət baxımından tərəqqisi, təhsil işlərinin gücləndirilməsi, və qeyri-kimyəvi dərmanları sahəsində fəaliyyət göstərir.