Tarix : 2012 Jun 27
Kod 31192

İ.Əliyev: Silah almaqdan geri çəkilməyəcəyik

Azərbaycan Respublikası prezidenti deyib: Biz xaricdən çoxlu miqdarda silah, sursat və texniki vasitələr alırıq və bu hərəkətdən hətta bir addım belə geri çəkilməyəcəyik
/Aran Agentliyi

Azərbaycan Respublikası prezidenti deyib: Biz xaricdən çoxlu miqdarda silah, sursat və texniki vasitələr alırıq və bu hərəkətdən hətta bir addım belə geri çəkilməyəcəyik.

APA İnformasiya Agentliyinin məlumatına görə, İlham Əliyev Azərbaycan ordusu Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş mərasimdəki çıxışında beynəlxalq hüquq qaydaları və prinsipləri və Minsk qrupunun vasitəçiliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc həll yoluna nail olmaq üçün ölkəsinin davamlı səylərinə toxunaraq deyib: Ölkə daxilində silah istehsalının həcmini artırmaqla Qarabağın sülh müzakirələrini nəticəsiz qoymaq üçün İrəvanın təxribatlarına nəzərə aldıqda silah almağa məcburuq.

Biz ordunun döyüş qabiliyyətini gücləndirmək və silahla təmin etməklə lazım olduğu təqdirdə tam güclə öz ərazilərimizi Ermənistan və ermənilərin işğalından azad etmək üçün addım atacağıq” –deyə Əliyev bildirib.

Son aylar ərzində Azərbaycan Respublikasının 1,6 milyon dollar dəyərində sionist rejimdən Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə uyğun olmayan silahları satın alması çoxlu tənqidlərlə üzləşib.

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 27