Tarix : 2012 Jun 28
Kod 31209

İPGA Anar Bayramlının azadlığını vurğulayıb

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu İPGA bir bəyanat yayaraq Azərbaycan Respublikası hökumətindən söz azadlığı prinsipinə riyaət edərək İranın ...
/Aran Agentliyi

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu İPGA bir bəyanat yayaraq Azərbaycan Respublikası hökumətindən söz azadlığı prinsipinə riyaət edərək İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlı və digər məhbus jurnalistlərin azad etməsini istəyib.

İPGA-nın internet saytının məlumatına görə, bu qrup öz bəyanatında bildirib: Rəsmi Bakı bir qrup müstəqil jurnalisti beynəlxalq qanunlar, söz azadlığı prinsipinə zidd olaraq əsassız ittihamlarla həbs edir və onlara təzyiq göstərir.

Bu bəyanatda İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlı, digər məhbus jurnalistlər, o cümlədən Ramin Bayramov, Zaur Quliyev, Vuqar Qonaqov, Aydın Canıyev, Əvəz Zeynallı və İlham Əmiraslanovun adı çəkilib və onların qeyr-şərtsiz azad olunması vurğulanıb.

Bu qrup habelə Tolışi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədovun ötən həftə həbs olunmasına toxunub və bildirib: Rəsmi Bakı Avroviziya mahnı müsabiqəsindən öncə və sonra söz azadlığına hörmətsizlik edib.

Bu bəyanatda daha 4 jurnalist yəni İdrak Abbasov, Xədicə İsmayılova, Oktay Güləliyev və Mehman Hüseynova qarşı təzyiq və hədələr pislənilib və bu təzyiqlərə son qoyulması vurğulanıb.

Azərbaycan Respublikasında siyasi və vicdan məhbusları ilə bağlı əfv fərmanı verildi. Lakin bu fərman sabiq SSRİ dövrünün oxşar ittihamları və siyasi qərəzlərlə həbs olunmuş jurnalist və müxbirlərə şamil olmadı. Bunun ardınca isə İPGA bu bəyanatı verib.

Bundan öncə də onlarla beynəlxalq təşkilat, Azərbaycan Respublikası, İran və Türkiyə təşkilatları, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları Gözətçisi, Sərhədsiz Reportyorlar, Müsəlman Müstəqil Jurnalistlər, Mətbuat Hüququ Müəssisəsi Anar Bayramlının vicdan məhbusu olduğunu və onun peşə fəaliyyətinə görə həbs olunduğunu bildirərək azad olunmasını tələb ediblər.

Anar Bayramlı ötən 17 fevralda saxta ittihamlarla həbs olunmuşdur və məhkəmə heç bir sübutlar olmadan və yalançı şahidlərdən istifadə edərək onu iki il həbsə məhkum edib.

Beynəlxalq Tərəfdaşlıq Qrupu bir etibarlı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu təşkilat 1999-cu ildə Nyu-Yorkda təsis olunub. Bu təşkilatın məqsədi hökuməti beynəlxalq səviyyədə cavabdeh və məsuliyyətli olmasına təşviq etməkdir.

  • Yazılıb
  • da (də) 2012 Jun 28