Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Yves Daccord İrana səfəri çərçivəsində İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin müxtəlif ölkələrdəki ...
  /Aran Agentliyi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Yves Daccord İrana səfəri çərçivəsində İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin müxtəlif ölkələrdəki fəaliyyətləri və Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkünlərə yardım göstərmək sahəsində İranın addımlarını alqışlayıb.
 
Daccord müxbirimizə verdiyi müsahibəsində deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin Dağlıq Qarabağ qaçqınlarına yardımı barəsində yetərli məlumatım vardır. Əlbəttə Tehranda arşdırılmayıb. Lakin həmin bölgədə araşdırılıb. Biz hələ də itkin ailələrə kömək etməklə məşğuluq.
 
Daccord əlavə edib: İranın Qırmızı Aypara Cəmiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin qaçqınları üçün bir klinika yaradıb ki, hələ də fəaldır.
  “Razılıq əldə etmişik ki, itkin və zərərçəkənlərin ailələri müraciət etdikdə onlara xidmət göstərilsin. Bu əsaslı bir layihə idi” –deyə BQXK rəhbəri bildirib.
 
Səhər telekanalının müxbirinə müsahibə verən komitə rəhbəri söyləyib: İranın Azərbaycanda bu 20 illik fəaliyyəti həm Beynəlxalq Qırmızı Xaç Komitəsi, həm Azərbaycan dövləti, həm də ev-eşiksiz qalmış əhali üçün çox mühümdür. Xaç komitəsi bu məsələni çox önəmli hesab edir. Digər tərəfdən çoxlu dəyəri olan məsələ budur ki, İran bu humanist hərəkəti bir günlük, bir həftəlik və yaxud yalnız dünyanın media kameraları qarşısında reklam üçün həyata keçirməyib. İran humanist və xeyirxahlıq düşüncəsi ilə 20 il müddətinə ev-eşiksiz qalmış əhaliyə kömək edib. Beynəlxalq Qırmızı Xaç komitəsi İranın xoşməramlılığını bu ölkə üçün dünyada bir imtiyaz kimi nəzərdə tutub.