Tarix : 2012 Jun 28
Kod 31211

AR-nın bəzi medialarının yeni uydurma xəbəri

Azərbaycan Respublikasının bəzi xəbər mənbələri uydurma bir hərəkətdə İran səfirliyinə aid boş bir ərazidə quru otların yanmasını səfirliyin binasında yanğın hesab ediblər
/Aran Agentliyi

Azərbaycan Respublikasının bəzi xəbər mənbələri uydurma bir hərəkətdə İran səfirliyinə aid boş bir ərazidə quru otların yanmasını səfirliyin binasında yanğın hesab ediblər.

Bazar ertəsi günü Bakının Yasamal rayonunda İran səfirliyinə aid bir neçə hektarlıq ərazidə quru otlar yanıb. Yanğınsöndürənlər yanğını söndürərək onun ətraf yerlərə genişlənməsinə mane olublar.

Bəzi xəbər mənbələri, o cümlədən Day.az, Qafqazinfo.az, Yeni Müsavat və Azadlıq yanlış başlıqlar verərək səfirliyin binasında yanğının baş verdiyini iddia ediblər.

Bəzi saytlar, o cümlədən Qafqazinfo.az və Day.az qeyri-professional bir hərəkətdə saxta və photoshop-la düzəldilmiş şəkli İranın səfirliyinin binası üçün nəzərdə tutublar.

Ötən aylarda da Bakı telekanalları uydurma bir hərəkətdə, Bakıda sionizmdən asılı bir qrup ünsürün yaraşmaz hərəkəti və aksiyasını şişirdərək geniş şəkildə təbliğ etmişdilər.

  • Yazılıb
  • da (də) 2012 Jun 28