Tarix : 2012 Jun 28
Kod 31213

Müstəqil jurnalistlər; sifarişli hökmün qurbanları

Az. R. hakimiyyətinin vaxtaşırı öz tənqidçilərini, azad jurnalistləri narkotik maddə ittihamı ilə şərləməsi artıq məzhəkəyə çevrilib
/Aran Agentliyi

 Az. R. hakimiyyətinin vaxtaşırı öz tənqidçilərini, azad jurnalistləri narkotik maddə ittihamı ilə şərləməsi artıq məzhəkəyə çevrilib.

Bu günlər həmin üsulla daha bir jurnalistin dəmir barmaqlıqlar arxasına göndərilməsi isə ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb. Söhbət Az. R-da Talış ziyalılarından mərhum Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədovdan gedir. Hilal Məmmədov da respublikada bir çox digər tənqidçi jurnalistlər kimi narkotik maddə saxlamaqda suçlanır. Lakin Az. R-da heç bir azad düşüncəli şəxsi tapmaq olmaz ki, Hilal Məmmədov kimilərin haqqında narkotik ittihamını qəbul etsin. Necə ki jurnalist Anar Bayramlıya qarşı saxta narkotik ittihamlarına kimsə inanmadı. Hətta sifarişli məhkəmələr də ona qarşı ittihamı sübuta yetirə bilmədi. Bu səbəbdən müşahidəçilər deyirlər ki, hakimiyyətin tənqidçilərinə və azad düşüncəli jurnalistlərə qarşı narkotik ittihamı yalnız dövlət orqanlarının gözdən düşməsinə səbəb olacaqdır.

Hilal Məmmədovun həbsi onun Rusiyanın NTV kanalı ilə müsahibədə İlham Əliyev hakimiyyətini Eurovision mahnı müsabiqəsinə görə tənqid etməsi ilə əlaqədar olub. Məmmədov həmin müsahibədə açıq-aşkarbildirir ki, İlham Əliyev 2012-ci il Eurovision mahnı müsabiqəsinə milyonlarla dollar pul xərcləməklə Azərbaycanı istədiyi formada dünyaya tanıtdırmaq istədi. Lakin onun bu hərəkəti ölkəyə mənfi nəticədən başqa bir şey qazandırmadı . Hətta Azərbaycanı beynəlxalq aləmdə rüsvayçı vəziyyətə saldı. Hilal Məmmədov həmçinin təkid edir ki, Talış ziyalıları Az. Dövlət büdcəsindən bir qəpik belə almadan talış mədəniyyətini dünyaya tanıtdırıb. Əslində Məmmədovun bu müvəffəqiyyəti hakimiyyətin Eurovision mahnı müsabiqəsindəki uğursuzluğu ilə müqayisə etməsi onu güdaza verib və həbsinə yuxarıdan order verilib.

Bu arada hökumətin müxalifləri susdurmaq üçün köhnə metodlara əl atması ona yalnız bədnamlıq qazandırır. İndi dünyada belə bir sual yaranıb ki, görəsən Az. R-da hökumətin bütün əleyhdarları narkomandırmı? Əgər belədirsə, səbəb nədir? Əgər bu ittiham doğru deyilsə, hakimiyyət niyə bu gülünc ittihamlardan əl çəkmir və azad düşüncəli insanları şərləyir? Görəsən məmurlar bilmirlər ki, müxalifətə qarşı bu cür qərəzli ittihamların irəli sürülməsi sadəcə olaraq hakimiyyət orqanlarına beynəlxalq aləmdə və ölkə daxilidə etimadsızlıq yaradacaq? Digər tərəfdən bu kimi saxta ittihamlardan bol-bol istifadə olunması Azərbaycana dünyada ən çox narkomanların yaşadığı ölkə adını qazandırmazmı? Xüsusilə də Anar Bayramlı, Hilal Məmmədov və Ramin Bayramov kimi tənqidçi jurnalistlərin hansı səbəblərlə həbs olunması hamıya bəllidir. Yalan ifadə , saxta ittiham, zorakılıq və sifarişli qərar Az. R-nin hüquq-mühafizə orqanları barədə işlənən ən çox ifadələrdir. Görəsən hansı ağıllı dövlət bu tipli hərəkətləri davam etdirər?

Tehran radiosu

  • Yazılıb
  • da (də) 2012 Jun 28