Tarix : 2012 Jun 28
Kod 31215

''Vaqif Abdullayev azadlığa buraxılmalıdır''

''Vaqif Abdullayevlə bağlı tibb rəy verilsə ki, onun səhhəti cəzasını çəkməyə imkan vermir''
/Aran Agentliyi

Anar Qasımlı: "Vaqif Abdullayevlə bağlı tibb rəy verilsə ki, onun səhhəti cəzasını çəkməyə imkan vermir, belə olan halda AİP funksioneri azadlığa buraxılmalıdır"

Anar Bayramlı haqqında məhkəmə qərarından Appelyasiya şikayəti verilib. Nicat Əliyevin işi ilə bağlı isə hər hansı bir irəliləyiş yoxdur.” Bu sözləri FaktXeber.com-a vəkil Anar Qasımlı məlumat verib. AİP funksionerlərinin işləri ilə bağlı isə Appelyasiya qərarının iki-üç gün bundan öncə aldığını vurğulayan vəkil, sənədləri bir neçə gündən sonra Ali Məhkəməyə təqdim edəcəklərini bildirdi.

Hazırda səhhətində ciddi problem yaranan AİP sədrinin müavini Vaqif Abdullayevin qanunla azadlığa çıxması mümkündürmü”,-sualını da cavablandıran Anar Qasımlı, ”əgər Vaqif Abdullayevlə bağlı tibb rəy verilsə ki, onun səhhəti cəzasını çəkməyə imkan vermir, belə olan halda AİP funksioneri azadlığa buraxılmalıdır ” , - deyə bildirdi.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparılıb. Abdullayevlər ailəsindən FaktXeber.com-a verilən məlumata görə görüşdə AİP funksioneri ailə üzvlərini tanımayıb. Bundan öncədə Vaqif Abdullayev istintaq təcridxanasında infarkt keçirdərək Müalicə Müəssisəsinə köçürülmüşdü.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 28