Fevral ayında Gəncədə həbs olunan ruhani Asəf Əliyev və dindar İlham Ələkbərova hökm oxunub
/Aran Agentliyi
Fevral ayında Gəncədə həbs olunan ruhani Asəf Əliyev və dindar İlham Ələkbərova hökm oxunub.
Bu barədə İlham Ələkbərovun vəkili Nemət Kərimli məlumat verib.
Məhkəmə ruhani Asəf Əliyevə 1 il 6 ay, İlham Ələkbərova isə 6 ay həbs cəzası verib.
Məhkəmənin qərarından apellyasiya şikayəti verilib verilməməsi dəqiqləşməyib.
Xatırladaq ki, hər iki dindar cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə həbs olunub. islamazeri.az