Dağlıq Qarabağ münaqişəsinin həlli prossesi sadə bir səbəbdən dalana dirənib: Tərəflərin mövqeyi uyğun deyil, onlardan biri ''ağ'', digəri ''qaradır'' və heç ...
/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinin həlli prossesi sadə bir səbəbdən dalana dirənib: Tərəflərin mövqeyi uyğun deyil, onlardan biri "ağ", digəri "qaradır" və heç biri bu problemi həll etmək üçün "qızıl açara" malik deyil.
Xəbərə görə, bu barədə Bakıda keçirilən mətbuat konfransında Rusiya Siyasi Konyunktura Mərkəzinin direktoru Sergey Mixeyev bildirib.
Onun sözlərinə görə dünya praktikası onu göstərir ki, tərəflər razılığa gələ bilmədikdə bu cür problemlər uzun illər həllini tapmır və buna görə də, bu gün Rusiyadan tələb edirlər ki, o birmənalı şəkildə bu məsələni həll etsin.
“Düşünürlər ki, Rusiya “sehrli telefondur”, Sovet İttifaqında olduğu kimi biz zəng edirik və münaqişə həll olunur. O zamanlar keçib. İndi vəziyyət başqadır, daha da çətindir. Dağlıq Qarabağ münaqişəsinin həlli Moskva və Vaşinqtonun deyil, Bakı və İrəvanın əlindədir", - Mixeyev deyib.
salamnews.org