/Aran Agentliyi
May ayının 20-si narkotik ittihamı ilə saxlanılmış və barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilmiş jurnalist Nicat Əliyevin müdafiə komitəsi yaradılıb.
Müdafiə komitəsində jurnalistlər və hüquq müdafiəçiləri var.
Nicat Əliyevin müdafiə komitəsinin ilk toplantısı iyul ayının 4-ü RATİ-də saat 12:00-da keçiriləcək.
Nicat Əliyev "Azadxeber.org" saytının baş redaktorudur. Hal-hazırda sayta rəhbərliyi isə Pərvin Zeynal edir.
Jurnalist Nicat Əliyev cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunur.
islamazeri.az