Tarix : 2012 Jun 30
Kod 31244

Nicat Əliyevin müdafiə komitəsi ilk iclasını keçirəcək

Nicat Əliyev ''Azadxeber.org'' saytının baş redaktorudur
/Aran Agentliyi

May ayının 20-si narkotik ittihamı ilə saxlanılmış və barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilmiş jurnalist Nicat Əliyevin müdafiə komitəsi yaradılıb.

Müdafiə komitəsində jurnalistlər və hüquq müdafiəçiləri var.

Nicat Əliyevin müdafiə komitəsinin ilk toplantısı iyul ayının 4-ü RATİ-də saat 12:00-da keçiriləcək.

Nicat Əliyev "Azadxeber.org" saytının baş redaktorudur. Hal-hazırda sayta rəhbərliyi isə Pərvin Zeynal edir.

Jurnalist Nicat Əliyev cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunur.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jun 30