Tarix : 2012 Jun 30
Kod 31246

Qondarma İsrail rejiminə qulluğun ünvanı

Azərbaycan Dövlət Neft Şirkəti İsrail rejiminin Aralıq dənizindəki ərazi sularında neft-qaz yataqlarında kəşfiyyat işlərinə başlayıb
/Aran Agentliyi

 

Azərbaycan Dövlət Neft Şirkəti İsrail rejiminin Aralıq dənizindəki ərazi sularında neft-qaz yataqlarında kəşfiyyat işlərinə başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İsrail rejiminin Aralıq dənizindəki ərazi sularında neft-qaz yataqlarında kəşfiyyat işlərinə başlayıb. Bu barədə ARDNŞ-ın investisiyalar idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, söhbət ARDNŞ strukturlarının burada podratçı və qazma şirkəti kimi iştirakından gedir: «ARDNŞ bu layihədə operatordur, amma bu işlər layihənin sahibi olan İsrail rejiminin şirkətinin sifarişi ilə aparılır və Azərbaycan tərəfi bu layihələrə investisiya yatırmayacaq. Ona görə də heç bir risk daşımırıq və qazma işlərinin nəticəsinə görə riskləri İsrail tərəfi daşıyır».

Müqaviləyə əsasən, ARDNŞ-ın “Caspian Drillinq Company” şirkəti İsrail rejimində iki kəşfiyyat quyusu qazmalıdır. Amma ikinci quyunun qazılıb-qazılmaması barədə qərar investorlardan asılı olacaq: «Birinci quyudan sonra onlar qərar verə bilər ki, iş dayandırılsın və ya əlavə quyular da qaza bilərlər». Görüləcək işin həcmindən asılı olaraq müqavilənin dəyəri 80 mln. dollardan artıq olacaq.

Artıq kəşfiyyat işləri üçün hazırlıq işləri başlayıb. Hazırda kəşfiyyat ərazisi öyrənilir, təchizat müqavilələri bağlanılır. Artıq qazma avadanlığının icarəsi ilə bağlı məsələlər həll edilib və sentyabrdan etibarən bilavasitə qazma işlərinə start veriləcək.

Apa

  • Yazılıb
  • da (də) 2012 Jun 30