Müvəkkili olduğu 9 məhbusun, o cümlədən Anar Bayramlının adı Avropa Şurası Parlament Assambleyasının xüsusi məruzəçisinin Azərbaycan Respublikasının ...
/Aran Agentliyi
Beynəlxalq Səhər Telekanalının Azərbaycan Respublikasındakı yerli müxbiri Anar Bayramlının vəkili Anar Qasımlı bildirib: Müvəkkili olduğu 9 məhbusun, o cümlədən Anar Bayramlının adı Avropa Şurası Parlament Assambleyasının xüsusi məruzəçisinin Azərbaycan Respublikasının 89 siyasi məhbusu barəsindəki hesabatında adı qeyd olunub.
Anar Qasımlı deyib: “Ştrasserin 89 nəfərdən ibarət siyasi məhbus siyahısında hüquqlarını müdafiə etdiyim 9 nəfərin adı var. Bunlar Mövsüm Səmədov, Vaqif Abdullayev, Rufulla Axundzadə, Arif Qəniyev, Taleh Bağırov, Məmməd Əsgərov, Araz İsmayılov, Anar Bayramlı və Tural Abbaslidır. Tural Abbaslı, Arif Qəniyev və Araz İsmayılov artıq azadlığa çıxıblar. Qalan 6 nəfərin və bütün siyasi məhbusların tezliklə azad olunacağına ümid edirəm”.
İyunun 26-da AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsi Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməyə və adamların siyasi motivlərlə həbs olunmamasına şərait yaratmağa çağırılır: “Azərbaycan hakimiyyəti siyasi məhbus olduqları güman edilən 89 nəfəri tezliklə azad etməyə, ya da onların işlərinə yenidən baxmağa dəvət edilməlidir”.