Tarix : 2012 Jun 30
Kod 31249

Dünyanın ikinci şiə ölkəsində pərdə arxasında nələr baş verir?

Azərbaycan Respublikası əhalisinin 86%-i şiə olmaqla dünyada ikinci şiə ölkəsidi
/Aran Agentliyi

 

HaqqYolu - Azərbaycan Respublikası əhalisinin 86%-i şiə olmaqla dünyada ikinci şiə ölkəsidir. Ölkənin istər şiə, istər sünni əhalisi hakim qruplaşma tərəfindən elə bir təzyiqlə üzbəüzdür ki, öz dini prinsiplərini təhlükədə görür. Hətta yaxın keçmişdə etiqadlı Azərbaycan xalqı homoseksualların çılpaq gey-paradını seyr etmək təhlükəsi ilə üzbəüz qalmışdı.

Azərbaycan Respublikası İranın şimal qonşusudur. Sovetlər Birliyi dağıldıqdan sonra 1991-ci il 30 avqustda ölkənin müstəqilliyi elan olunmuşdur. Həmin il 18 oktyabrda ölkə tam müstəqillik əldə etmişdi. Həmin vaxtdan indiyədək yarım dağlıq əraziyə və 8.5 milyon əhaliyə malik olan Azərbaycan iqtisadi baxımdan çox inkişaf etmişdir. Zəngin neft yataqları ilə yanaşı qaz, mis, dəmir, alüminium yataqları mövcuddur. Ölkədə pambıq, dənli bitkilər, tütün və çay becərilir.

Amma ölkənin iqtisadi inkişafı, böyük neft gəlirləri sosial və ictimai islahatlarla müşayiət olunmayıb. Siyasi quruluş zahirən demokratik respublikadır. İqtidar iki on ildir Əliyevlər ailəsinin əlində cəmlənib. Hazırkı prezident İlham Əliyev atası Heydər Əliyev kimi ölkədə monarx olaraq yeganə söz sahibidir.

Ölkənin paytaxtı Bakı modern üslubda tikilmiş binalar və məşhur xarici şirkətlərin reklamları ilə bəzənib. Bakıda rəsmi olaraq 2 milyon əhali var. Əslində isə ölkə əhalisinin yarısı paytaxtda cəmləşib.

Rəqəmlər göstərir ki, ölkə əhalisinin 96%-i müsəlmandır. Müsəlmanların 85%-i şiə, 15%-i sünni məzhəblidir. Azərbaycan şiələrin nisbətinə görə İrandan sonra dünyanın ikinci şiə ölkəsidir. Amma əhalinin maksimum 1%-ni təşkil edən hakimiyyət sionist İsrailin təzyiqləri altında müsəlmanları dini sahədə məhdudiyyətlərlə üzbəüz qoyub. Azərbaycan polisinin öz dininə ehtiram tələb edən vətəndaşlara qarşı amansızlığı təsvirlərdə aydın müşahidə olunur.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 30