Tarix : 2012 Jun 30
Kod 31262

Birinci Beynəlxalq Ustad Şəhriyar Konfransı keçiriləcək

İranın mədəniyyət və islami irşad naziri Ustad Şəhriyarı müasir dövrün ən üstün şairi adlandırıb və sentyabr ayında bu iranlı rəhmətə getmiş şairin birinci beynəlxalq ...
/Aran Agentliyi

İranın mədəniyyət və islami irşad naziri Ustad Şəhriyarı müasir dövrün ən üstün şairi  adlandırıb və sentyabr ayında bu iranlı rəhmətə getmiş şairin birinci beynəlxalq konqresinin keçiriləcəyindən xəbər verib.

Seyid Məhəmməd Hüseyni şənbə günü Ustad Şəhriyar Beynəlxalq Konfransının Rəyasət Heyətinin iclası kənarında media mənsublarına verdiyi açıqlaması zamanı bu sözləri söyləyib.

Hüseyni Şəhriyarın şerlərinin Qurani-Kərimin yüksək mənəvi məzmunlarından alındığını bildirərək, deyib:” Şəhriyar müasir dövrün ən üstün şairi hesab edilir”.

Hüseyni sentyabrın 17 və 18-də İranın mədəni qurumları və təşkilatlarının əməkdaşlığı ilə və daxili və xarici qonaqların iştirakı ilə birinci Beynəlxalq Ustad Şəhriyar Konfransının keçiriləcəyindən xəbər verib.

İranın mədəniyyət və islami irşad naziri həmçinin deyib:” Bu konfransın keçirilməsi üçün çağırışın verilməsindən bəri İran daxilindən 120 məqalə, ölkə xaricindən isə 40 məqalə konfransın katibliyinə göndərilibdir.

İranda Ali Mədəni İnqilab Şurasının üzvü bu iclas zamanı Beynəlxalq Ustad Şəhriyar Fondunun təsis edilməsi təklifindən xəbər verərək, deyib:” Bu Fondun əsasnaməsinin bu heyət üzvləri tərəfindən təqdim edilməsi qərara alınıb”.

Hüseyni əlavə edib:” Bu fondda Ustad Şəhriyar dühasının cəhətlərinin təqdim etdirilməsi haqda incə sənət xadimləri və zövq sahiblərindən lazımı əməkdaşlıqlar üçün istifadə edilməsi qərara alınıb”.

İranın mədəniyyət və islami irşad naziri sonra deyib:” Bostanabadın Xoşknab kəndində yerləşən Ustad Şəhriyarın ata evi və doğum yerinin İranın Mədəni İrs Təşkilatının ahəngdarlığı ilə yenidə bərpa edilib, gələcəkdə daxili və xarici qonaqlar üçün hazırlanması qərara alınıb”.

Hüseyni daha sonra deyib:” Bu iclasda həmçinin Şəhriyarın adına bir ilin nəzərdə tutulması barədə UNESCO-ya təklif irəli sürülməsi də nəzərdə tutulub”.

Hüseyni Ustad Şəhriyar Beynəlxalq Mükafatının təyin edilməsi, şairin əsərlərinin müxtəlif dillərə tərcümə edilməsi və ustadın əsərlərinə aid olan ixtisas kitabxanasının yaradılmasının keçirdiyi iclasın nəticələrindən olduğunu bildirib.

İranın Mədəniyyət və İslami İrşad naziri həmçinin deyib:” Ustad Şəhriyarın şəxsiyyətinin cəhətləri haqda 12 dəyərli kitab, o cümlədən “ Şəhriyar Ədəbiyyatı” , “ Şəhriyar  və Vilayi şer” , “ Şəhriyarın Danışıq Metodu” , “ Şəhriyar Şerində İslam və Vilayət” və “ Şəhriyar və Beynəlxalq Baxış” kitabları yayımlanacaqdır.

Ustad Şəhriyarın Beynəlxalq Konfransının Rəyasət Heyətinin üzvləri İranın İslam Şurası Məclisinin millət vəkillərinin bir qrupunun iştirakı ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyində keçirilib

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 30