Tarix : 2012 Jun 30
Kod 31263

Təbriz əhalisinin sionist rejimin Azərbaycan Respublikasındakı məkirli planlarına qarşı addımları...

''Təbriz əhalisinin bu rəftarı onların Vilayəti-fəqihə sədaqətini və xalis İslam dəyərlərinin keşiyində möhkəm dayandıqlarını göstərir və böyük alqışlara layiqdir
/Aran Agentliyi

"Təbriz əhalisinin bu rəftarı onların Vilayəti-fəqihə sədaqətini və xalis İslam dəyərlərinin keşiyində möhkəm dayandıqlarını göstərir və böyük alqışlara layiqdir".

AranNews - Möhsün Rizayi Təbrizdə İmam Xomeyni (rə.) müsəllasında Təbriz əhalisi ilə görüşündəki çıxışında deyib: "Şərqi Azərbaycan əyalətinin əhalisi Vəliyyi-fəqiyin əyalətdəki nümayəndəsinin tədbirləri nəticəsində Azərbaycan Respublikasında düşmənlərin bu ölkənin müsəlman xalqının hissiyatı ilə oynamaq və ümumi fikri "Eurovision" şənlikləri və gey-paraddan yayındırmağa dair planları qarşısında  elə qətiyyət göstərdi ki, Azərbaycan hökuməti geri çəkilməli oldu".

O vurğulayıb: "Təbriz əhalisinin bu rəftarı onların Vilayəti-fəqihə sədaqətini və xalis İslam dəyərlərinin keşiyində möhkəm dayandıqlarını göstərir və böyük alqışlara layiqdir".

Rizayi Azərbaycan dövlətinə tövsiyə edərək deyib: "Azərbaycan dövləti sionist rejimin tələsinə düşməkdən çəkinərək, öz xalqının tələblərini yerinə yetirməyə çalışmalıdır. Bu ölkə xalqına tam sərbəst şəkildə öz hüquqlarına nail olmaq imkanı verməli, xalqa qəbul etdirilmiş təzyiqlərdən kənar yaşamaq şəraiti yaratmalıdır".  Rizayi həmçinin, Azərbaycan hökumətinə bu ölkə xalqının islami tələblərini yerinə yetirməyi də tövsiyə edib.

O, artırıb: "Təbriz əhalisinin rəsmi Bakının anti-İslam hərəkətlərinə qarşı qətiyyəti , əhalinin oyaqlığını göstərərək, bir daha sübut etdi ki, təbrizlilər haqqı və islamı müdafiəni öz vəzifələri hesab edir və hər bir şəraitdə, hər yerdə və hər zaman bu müdafiəni davam etdirəcəklər".

  • Yazılıb
  • da (də) 2012 Jun 30