Tarix : 2012 Jun 30
Kod 31264

BMT Təhlükəsizlik Şurasına üzvü olan Azərbaycan bu təşkilatdan gileyləndi

BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir
/Aran Agentliyi

Ölkəsi BMT Təhlükəsizlik Şurasının qeyri daim üzvü olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib : “BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməyiblər.”

BMT Təhlükəsizliyi Şurasının üzvliyindən DQ məsələsinin həllində necə bəhrələnəcəyini bildirmiyən İlham Əliyev Krans Montana Forumunun rəsmi açılışında əlavə edib : « Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul ediblər. Lakin bunlara əməl olunmayıb.”

İlham Əliyev vurğulayıb :” Bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altına qoyur.”

Azərbaycan Respublikası prezidenti həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduğunu bəyan edib.

İlham Əliyev eyni halda DQ münaqişəsinin  Helsinki Yekun Aktı əsasında həll olunacaqını da qeyd edib.

İlham Əliyev vurğulayıb: “Helsinki Yekun Aktında qeyd olunub ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.»

 

  • Yazılıb
  • da (də) 2012 Jun 30