Tarix : 2012 Jun 30
Kod 31266

Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri oldu

Senat Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqlədi
/Aran Agentliyi

ABŞ Senatın ümumi yığıncağında Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi təsdiqləyib.Senatın rəsmi saytının verdiyi məlumata görə, R. Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib.

Prosedura görə, namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır.

R. Morninqstarın yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, prezident Barak Obama bu il aprelin sonunda ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R. Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 30