Tarix : 2012 Jun 30
Kod 31268

Türkmənistan AR-dən şikayətçidir

Türkmənistan Azərbaycan Respublikası haqqında beynəlxalq məhkəməyə şikayət edəcək
/Aran Agentliyi

Türkmənistan Azərbaycan Respublikası haqqında beynəlxalq məhkəməyə şikayət edəcək. Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Türkmənistan neft nazirliyinin nəzarətçisi Kakageldi Abdullayev Azərbaycan Respublikasının Xəzər dənizinin ixtilaflı bölgələrindəki mənbələrdən istifadəsinin qanunsuzluğu barədə deyib: Belə gedərsə, Türkmənistanın beynəlxalq məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmayacaq.

Türkmənistan neft nazirliyinin nəzarətçisi Kakageldi Abdullayev həmçinin deyib: Əksəriyyəti ABŞ şirkəti olan BP, Sheron, Exson Mobile, Hiss, İNPX, İtochu, State Uile, TPAO-dan ibarət koncersium AİOC şirkətlərinin qanuni fəaliyyətləri üçün Xəzərdə heç bir məkan təyin edilməyib.

O, deyib: Azərbaycan tərəfi bir tərəfdən ixtilaflı bölgədəki qanunsuz fəaliyyətlərini gizlətmək üçün hüquqlarını sübut etməyə çalışır. Digər tərəfdənsə ilkin razılaşmaları pozur.

Bundan əvvəl də Türkmənistan xarici işlər nazirliyi Azərbaycan Respublikasına sərhəd işləri barədə bir xəbərdarlıq göndərmişdi.

  • Yazılıb
  • da (də) 2012 Jun 30