Tarix : 2012 Jul 02
Kod 31295

Hicablı valideyn instituta buraxılmadı

Böyük Britaniyada hicablı valideyn instituta buraxılmamışdır
/Aran Agentliyi

 “Üzr istəyirik, hicablı qadınların içəri daxil olması qadağandır. Təhlükəsizlik tədbirləri səbəbindən üzünüzü göstərməlisiniz”. Britaniyalı bir müsəlman qadın ölkə universitetlərinin birində tələbələrin valideynləri üçün təşkil edilmiş tədbirə gedərkən təhsil müəssisəsinin girişində bu sözləri eşitmişdir.

Britaniyanın “Sun on Sunday” qəzetinin verdiyi məlumata görə, 40 yaşlı Marun Rəfiq 7 ildir ki, hicab geyinir. Lakin Mançester Univrsitetində təhlükəsizlik xidməti ondan hicabı çıxarmasını istəmişdir. Marun bundan imtina etmiş və bu səbəbdən də qadın təhsil müəssəsinin ərazisinə buraxılmamışdır. Belə olduğunu görən Marun həyat yoldaşına zəng vurmuş, onun əvəzinə tədbirdə iştirak etmək üçün universitetə gəlməsini xahiş etmişdir.

Marun qəzetin müxbirinə demişdir ki, oğlu iki ildir adı cəkilən Universitetdə təhsil alır. Bu müddət ərzində o, hicablı halda heç bir problem olmadan iki dəfə bu təhsil müəssəsinə gəlmişdir. Lakin sonuncu dəfə hicab geyindiyinə görə onu universitetə buraxmamışlar.

Marun qəzetə verdiyi müsahibəsində demişdir: “Mən onlardan iclas zalının heç olmasa sonuncu sırasında oturmağımı xahiş etdim. Axı, mən britaniyalıyam, bu ölkədə doğulmuşam. Mənim geyimim heç kimi təhqir edə bilməz. Ancaq mənim bu xahişimi də nəzərə almadılar”.

Universitet rəsmiləri bildirmişlər ki, hadisə ilə bağlı ciddi şəkildə araşdırma aparılacaqdır.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 02