Tarix : 2012 Jul 02
Kod 31296

Qarabağ Seyid Ocaqları Böyük Rəhbərə müraciət etdi

Qarabağ Seyid Ocaqları İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolları göstərmələrini istəyiblər
/Aran Agentliyi

Tehran Radiosu-Qarabağ Seyid Ocaqları İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolları göstərmələrini istəyiblər. İslam-azeri.azın məlumatına əsasən, Qarabağ Seyid Ocaqlarının sədri Seyid Camal Əzimbəyli bir bəyanat yayıb. Bəyanatda Azərbaycan Respublikası xalqının Ayətullah Xameneiyə olan məhəbbəti, İran İslam Respublikasının Qafqazdakı nüfuzlu mövqeyinə işarə olunaraq bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda gözəçarpacaq dərəcədəki səyləri Böyük Rəhbərin Azərbaycan xalqına olan bir hədiyyəsi  kimi dəyərləndirilib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Respublikası 1992-ci ildən Dağlıq Qarabağ zonasının ermənilər tərəfindən işğalından sonra müxtəlif atəşkəs razılaşmalarına rəğmən, hələ də müharibə vəziyyəti yaşayır.

  • Yazılıb
  • da (də) 2012 Jul 02