Tarix : 2012 Jul 02
Kod 31298

Dünyanın ikinci şiə ölkəsində pərdə arxasında nələr baş verir? (2-ci hissə)

Azərbaycanda heç bir iş rüşvətsiz başa gəlmir. Bu ölkə dünyanın korrupsiyaya uğramış ilk 10 ölkəsindən biridir
/Aran Agentliyi

 

Azərbaycanda heç bir iş rüşvətsiz başa gəlmir. Bu ölkə dünyanın korrupsiyaya uğramış ilk 10 ölkəsindən biridir.

Əliyev prezident olduqdan sonra, xüsusi ilə son bir neçə ildə siyasi və hərbi baxımdan ABŞ və İsrailə yaxınlaşır. İran və İslama qarşı bu ölkələrlə həmkarlıq edilir.

 

b) Rüşvət

Azərbaycanda heç bir iş rüşvətsiz başa gəlmir. Bu ölkə dünyanın korrupsiyaya uğramış ilk 10 ölkəsindən biridir. Azərbaycanda rüşvətlə bütün işlər düzəlir. Bakı əhalisinin sözünə görə rüşvətlə ölkənin yığma futbol komandasına üzv də olmaq mümkündür. Rüşvətlə diplom alınır, imtahan verilir. Hər hansı bir şirkətdə işə düzəlmək üçün rüşvət ödəmək lazımdır. Hətta rüşvət verib, rüşvətlə mübarizə idarəsində vəzifə almaq olar.

 

c) Maliyyə fırıldaqları

Azərbaycan Respublikasında hakimiyyət hətta kiçik layihələrə olduqca böyük pul ayırır. Milli sərvətlər barədə heç bir dəqiq hesabat yoxdur. Amma qeyri-rəsmi mənbələrdə kiçik layihələrə silinən ağılagəlməz məbləğlərdən danışılır. Qeyri-rəsmi mənbələrdə bildirilir ki, 2011-ci ildə İlham Əliyevin iştirakı ilə yenidən açılışı keçirilən Nizami kinoteatrının təmirinə 56 milyon dollar pul silinib.

Dağlıq ərazilərdə Şahdağ məntəqəsində xizəkçilik meydançasına 878 milyon dollar silinib. Xalça və əl işləri muzeyinin tikintisinə 5 milyon dollar ayrılıb. Sonradan bu tikintiyə 17 milyon əlavə məbləğ silinib.

Azərbaycan musiqili komediya teatrında 2001-ci ildə təmir işləri aparılmışdı. Əvvəlcə 21 milyon dollar, daha sonra 30 milyon dollar təmir işlərinə pul silinmişdi. Şübhəsiz ki, bu məbləğlərin böyük bir hissəsi hakimiyyətin cibinə gedir. Abadlıq işləri adı altında xalqın evi, ticarət obyektləri əlindən alınır.

İlham Əliyevin 11 yaşlı oğlunun adına Dubayda 30 milyon funt dəyərində mülk alınıb. Hansı ki, rəsmi məlumatlara görə Respublikanın kənd əhalisinin 40%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ölkədə yoxsulluq artmaqdadır. Universitetlərdə professorlar 400 manat maaş alır. Xalqın etirazları amansızlıqla yatırılır. Quba hadisələrində, Sabirabadda buna şahid olduq.

 

d) Hərbi hissələrdə qanunsuzluqlar

Hərbi hissələrdə yeyinti ölkədəki ümumi vəziyyətdən geri qalmır. Hərbi büdcə müxtəlif yollarla dağıdılır, hərbçilər yoxsulluq içində yaşayır. Bu yaxınlarda Azərbaycanın ordu zabitlərindən biri sosial şəbəkədə ordudakı vəziyyətlə bağlı video-lent yayımlamışdı. Zabit bildirir ki, orduya məxsus kazarmaların təmiri üçün ayrılmış pul mənimsənildiyindən zabitlər təmir üçün pul yığır.

Yayımlanmış video-lentdə ali rütbəli zabitlərdən biri bildirir ki, güclü bir külək 20 gün əvvəl tikilmiş binanı uçurub. Məcbur olmuşuq ki, öz cibimizdən təmir işləri aparaq. Rəsmi hesabatlara əsasən, son 6 ildə yüzlərlə hərbçi qeyri-hərbi hadisələrdə həlak olmuşdur.

İslamtimes

  • Yazılıb
  • da (də) 2012 Jul 02