Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası (FIDH) və İşgəncələr Əleyhinə Komitə (İƏK) birgə bəyanatla çıxış edərək Azərbaycan hökumətini ölkədə insan ...
/Aran Agentliyi
Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası (FIDH) və İşgəncələr Əleyhinə Komitə (İƏK) birgə bəyanatla çıxış edərək Azərbaycan hökumətini ölkədə insan haqlarının pozulmasına son qoymağa çağırıblar.
Bəyanatda hüquq müdafiəçilərinin, jurnalistlərin və müxalifətçilərin həbsi, saxlanması, onlara qarşı qeyri-insani davranışdan narahatlıq ifadə olunur.
Bəyanatda əlavə olunub ki, Azərbaycan Respublikasında Repressiv praktika “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində güclənib. Buna misal kimi bəyanatda iyunun 22-də “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun həbsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı Oqtay Gülalıyevin təqib olunması, iyunun 8-də onun cəmiyyətdəki həmkarı İlham Əmiraslanovun həbsi, iyunun 12-də fotoqraf Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması, iyunun 11-də İran telekanalının müxbiri Anar Bayramlının azadlıqdan məhrum olunması qeyd olunur. Rəsmi Bakıdan Azərbaycan Konstitusiyasında və ölkənin beynəlxalq öhdəliklərində təsbit edilmiş fikrin ifadə olunması azadlığına hörmətlə yanaşılması tələb olunub.