Tarix : 2012 Jul 03
Kod 31310

Azərbaycan Respublikası dövlətinin İran əleyhinə siyasəti davam edir

GünAz TV Azərbaycan Respublikası dövlətinin maliyyə dəstəyi ilə Çikaqodan yayımlanır
/Aran Agentliyi

GünAz TV Azərbaycan Respublikası dövlətinin maliyyə dəstəyi ilə Çikaqodan yayımlanır.

AranNews - Azərbaycanın hər yerini qırmızı edin. Traxtursazinin oyunundan daha çox yararlanmağa çalışın. Qırmızı bayrağı Azərbaycanın hər yerində dalğalandırın!

Mənbəmizin "Jamnews"ə istindala verdiyi məlumata əsasən, AR dövlətinin maliyyə dəstəyi ilə Çikaqodan yayımlanan GünAz TV kanalı 30 iyunda yaxın gələcəkdə "qırmızı fitnə"dən xəbər verib. Proqramın aparıcısı Cavad bəy öz tərəfdarlarını aksiyalarda qırmızı bayraqdan istifadə etməyə çağırıb. O, bu barədə deyib: "Qırmızı rəng Azərbaycan bayrağının rəngidir və bu qırmızı rəng Babək xürrəmdinin qanından götürülmüşdür". Separatçı aparıcı proqramın davamında tərəfdarlarını idman salonlarından və traxtursazinin oyunlarından pantürkizm hədəflərinin irəli aparılması üçün sui-istifadəyə də səsləyərək deyib: "Azərbaycanın hər yerini qırmızı edin. Traxtursazinin oyunundan daha çox yararlanmağa çalışın. Qırmızı bayrağı Azərbaycanın hər yerində dalğalandırın! Bizim səhv etməyə haqqımız yoxdur. Bu bayraq Babək xürrəmdinin bayrağıdır". Aparıcı daha sonra ötən illərdə bir neçə fitnənin sönməsinə toxunaraq deyib: "Babək xürrəmdinin anadan olması ildönümü münasibətilə hər il olduğu kimi Babək qalasında bir həftə toplantı oldu. Amma bu toplantılar nəzarətdə idi". O, Babək qalasındakı qanunsuz aksiyada qonşu ölkələrin də əli olmasını etiraf edərək deyib: "İran pantürklərindən əlavə, qonşu ölkələrin pantürkləri də bu aksiyada iştirak edirdi və onlar bu aksiyada daha çox rol ifa etməyə çalışırdılar. Lakin, təəssüflər olsun ki, İran dövləti aksiyaya nəzarət edə bildi".

Qeyd edək ki, GünAz TV kanalı 2005 ci il 23 apreldən öz fəaliyyətinə başlayıb və öz verlişlərini 24 saat müddətində azəri türkcəsi ilə Çikaqodan yayımlayır. GünAz TV ictimai-siyasi kanal olaraq peyk antenaları vasitəsilə ən çox Avropa, Şimali Afrika, Amerika və Yaxın Şərqdə yayımlanır. Kanalın həftədə 8 saat canlı yayımı vardır. "GünAz", Güney Azərbaycanın qısaldılmış forması və Cənubi Azərbaycan mənasınadır. Bu kanaldan efirə çıxan proqramların tamaşaçıları İranın azəri dilli xalqıdır. Görəsən, İran ölkəsinin təkcə azəri dilli xalqı üçün belə bir kanalın yaradılması hansı məqsədi daşıyır?

Türkiyədə çap olunan və 2006-cı ildə nəşr olunan "Hürriyyət" qəzetinin bir məqaləsində İran-Türkiyə münasibətlərinə qısa işarə olunur. Həmin yazıda İranın xarici işlər nazirliyi Türkiyənin  xarici işlər nazirliyinə Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) bu telekanalın məsulu olduğunu çatdırmasına işarə olunur. Hürriyyət "Star" qəzetinə istindala yazır ki, CİA, GünAz və digər bir kürddilli kanal üçün peyk qurğuları vermişdir.

  • Yazılıb
  • da (də) 2012 Jul 03