Nə qədər ki, bölgədə böyük dövlətlərin maraqları toqquşur məsələnin həlli mümkün olmayacaq
/Aran Agentliyi
Nə qədər ki, bölgədə böyük dövlətlərin maraqları toqquşur məsələnin həlli mümkün olmayacaq.
Dağlıq qarabağ probleminin üzərindən artıq 25 ilə yaxın bir müddət keçir. 20 ildən çoxdur ki, bu ərazi Daşnak erməni qüvvələrinin işğalı altındadır. Keçən bu müddət ərzində isə münaqişənin müsbət həllinə dair, heç bir irəlləyiçə nail olunmamışdır.
İllərlə xalqın başının altına yastıq qoyub arxayın salırlar ki, məsələ sülh yolu ilə həll olunacaq. Hətta 1993-cü ildə Belarusiyanın paytaxdı Minsk Şəhərində Rusiya, ABŞ və Fransanın sədirliyi ilə Dağlıq qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsi üçün Minsk qrupu yaradıldı.
Ədalətə nəzər salın görün kimlər problemi həll etməyə çalışırlar dini, irqi mənsubiyyəti yad olanlar. Əvvəla sülh yaratmaq istəyən ölkələr müqayisədən kənar olmalıdır problem yaradan yox. ABŞ, Rusiya, Fransa isə göz qabağındadır. İllərlə iraqda, Əfqanıstanda indidə İrana rəm atan ABŞ-dan hansı müsbət mövqeyi gözləmək olar?Rusiya lap əvvəl günlərdən Qarabağ qığılcımına alışdırıcı qatan ölkə olub. Elə bu dərdi də xalqımıza ruslar verib.
SSRİ-nin iki başlı siyasəti nəticəsində 1923-cü il iyul ayının 7-də Dağlıq Qarabağ Muxtar vilayəti Azərbaycan SSRİ-nin tərkibində saxlanıldı. Bununlada münaqişənin əsası qoyuldu. Bu isə gələcəkdə Ermənistanın və onu himayə edənlərin Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsi üçün imkan verdi. XX əsrin 80-ci illərində baş verən hadisələr bunu tamamilə təsdiq etdi.
Rəsmi Moskva tez-tez Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini keçirərək özünü münaqişənin dinc yolla nizamlanmasına tərəfdar kimi göstərməyə çalışır nəinki Qarabağ məsələsinin həllini tapmasını istəməsi bir yana ümumiyyətlə bu istiqamətdə irəlləyişə dogru hər hansı bir addımın atılmasına belə razı deyil.
Fransanın isə mövqeyi son vaxtlar hamıya yetərincə bəlli oldu. Əgər Fransa sülhün ədalətlə bərqərar olmasını istəyirsə gərək əvvəlcə özü ədaləti riayət etsin. Çünki Əlcazairdə və Raundada yüz minlərlə insana qarşı törətdiyi genosidin səbəbkarıdır. Belı cinəyətkar ünsürlərdən nəsə gözləmək isə axmaqlıqdan başqa bir sey deyil.
Sadaladığım bu üç ölkənin mövqeyi iki üzlülük, saxtakarlıq və ədalətsizlikdir. Fransa həmişə aşkarcasına ermənipərəst mövqeyini nümayiş etdirir. Sonuncu dəfə Fransa senatında erməni soyqırımını inkar edənlərin cəzalandırılması məsələsində aydınlaşdı ki, Qarabağ özlərinin bir oyunudur.
Nə qədər ki, bölgədə böyük dövlətlərin maraqları toqquşur məsələnin həlli mümkün olmayacaq. İstər Rusiya istərsədə digər dövlətlər olsun hərəsini regionundə öz maraqları var. Qarabağ Azərbaycanın ən ağrılı acılı dərdinə çevrilib. Müftəxor dığapərəstlər isə bundan öz məqsədləri üçün istifadə edirlər. Elə Azərbaycanın hazırki hakimiyyətidə onların sırasında dayanıb. Bütün bu proseslər onu göstərir ki, Qarabağ xalqın beynindən yaddaşından silməyə çalışırlar.
1988-1994-cü illər müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edilib. BMT təhlükəsizlik şurasının bir neçə qətnamələrinə baxmayaraq , Ermənistan hələdə öz işğalçı qoşunlarını ərazilərimizdən çıxartmayıb. Bu illər ərzində Qərb dövlətləri neftimizdən yeraltı yerüstü sərvətlərimizdən bəhrələnməklə yanaşı Qarabağ məsələsindədə ədalətli mövqe tutmayıblar. Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə bağlı ultimatum verə bilərdilər amma təəssüf ki, bütün bunların şahidi olmadıq.
Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarında davam etdirilməsi vaxt etibarı ilə yalnız mənfur qonşularımızın xeyrinədir.
Həmçinin Hillari Klintonun münaqişəsinin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü bildirməsi öz təcavüzünü davam etdirməsi üçün Ermənistana şərait yaradır. Qərb dövlətlərinin təşəbbüsü ilə Erməni və Azəri millətləri arasında xalqlar dostluğunun yaradılmasına çalışılır.
Ərazisi işğal olunmuş bir ölkədə minlərlə vətəndaşı həlak olmuş qız gəlinləri erməni əsirliyində olan məmləkətdə xalq diplomatiyası həmçının başqa səviyyəli görüşlər cəmiyyəti torpaq itkisinə hərbi vətənpərvərlik hisslərinin öldürülməsinə və mövcud vəziyyətlə barışmağa hazırlamaqdır.
Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilərək Dağlıq Qarabağ problemini arxa plana keçirirlər. Sonuncu Avroviziya biabırçılığıda buna xidmət etdi. Biz başımızı mahnıya, şou və nəbilim başqa nələrə qatışıq Ermənilərdə artıq qarabağın güclü informasiya vasitəsi ilə müstəqilliyinə dünyada nail olmağa çalışırlar.
ABŞ-ın RED-ALENT ştatının nümayəndələr palatası Qarabağın müstəqilliyini tanıyıb. Bununlada problemin uzadılmasını bir səbəbi var Azərbaycan xalqı gec tez qarabağın müstəqilliyi ilə və yaxud ermənistana birləşdirilməyi ilə razılaşsın.
islamtimes.org