Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov iyunun 10-a kimi Bakıya gələcək. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib
/Aran Agentliyi
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov iyunun 10-a kimi Bakıya gələcək. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.
A.Əlizadə qeyd edib ki, eks-prezident Moskvada işlərini həll edərək vətənə dönməyə hazırlaşır.
“Mən Ayaz bəylə demək olar ki, hər gün əlaqə saxlayıram. Onun Moskvada həll ediləsi bir çox işləri var. Onları həll etdikdən sonra bu ayın 10-a kimi vətənə dönəcək. Konkret deyə bilmərəm ayın neçəsi gələcək”.
Qeyd edək ki, sabiq prezident Ayaz Müttəllibov ASDP həmdəsrliyindən və siyasi fəaliyyətdən getdiyi açıqlayaraq Bakıya döndükdən sonra şəxsi həyatına vaxt ayıracağını bildirib.
Modern.az