Tarix : 2012 Jul 02
Kod 31315

Azərbaycan yenə tənqid olundu

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası (FIDH) və İşgəncələr Əleyhinə Komitə (İƏK) birgə bəyanatla çıxış edərək Azərbaycan hökumətini ölkədə insan haqlarının ...
/Aran Agentliyi

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası (FIDH) və İşgəncələr Əleyhinə Komitə (İƏK) birgə bəyanatla çıxış edərək Azərbaycan hökumətini ölkədə insan haqlarının pozulmasına son qoymağa çağırıblar.

Bəyanatda hüquq müdafiəçilərinin, jurnalistlərin və müxalifətçilərin həbsi, saxlanması, onlara qarşı qeyri-insani davranışdan narahatlıq ifadə olunur. Repressiv praktika “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində keçirilən “Demokratiya naminə oxu!” kampaniyasında iştirak edən fəallar qarşı güclənib.

Buna misal kimi bəyanatda iyunun 22-də “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun həbsi, “Kür” Vətəndaş Cəmiyyəti

Qərargahının fəalı Oqtay Gülalıyevin təqib olunması, iyunun 8-də onun cəmiyyətdəki həmkarı İlham Əmiraslanovun həbsi, iyunun 12-də fotoqraf Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması, iyunun 11-də İran telekanalının müxbiri Anar Bayramlının azadlıqdan məhrum olunması qeyd olunur.

Bununla əlaqədar FIDH və İƏK Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə, jurnalistlərə və müxalifətçilərə qarşı bütün təqib formalarına son qoymağa, O.Gülalıyev və İ.Əmiraslanovla amansız davranışın hərtərəfli araşdırılmasına və onların hüquqlarının pozulmasında günahkar olan şəxslərin cəzalandırılmasına çağırıblar.

Rəsmi Bakıdan Azərbaycan Konstitusiyasında və ölkənin beynəlxalq öhdəliklərində təsbit edilmiş fikrin ifadə olunması azadlığına hörmətlə yanaşılması tələb olunub.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Jul 02