Ermənistanın müdafiə naziri Seyran Ohanyan ikinci Qarabağ savaşının başlanması ehtimalından danışıb
/Aran Agentliyi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan ikinci Qarabağ savaşının başlanması ehtimalından danışıb. Erməni nazir “Erməni əsgəri” nəşrinə müsahibəsində deyib ki, belə bir təhlükə həmişə var. “Biz müharibənin mümkünlüyünü heç vaxt istisna etmirik. Hər gün və hər saat çağırışı qəbul etməyə hazırıq. Lakin bunun baş verməməsi üçün hər şeyi edirik”.
Seyran Ohanyan deyib ki, lokal toqquşmalar səfərbərliyin elan edilməsinə əsas vermir. Onun sözlərinə görə, Ermənistan ordusu ölkənin təhlükəsizliyini təmin etməyə qadirdir. “Bir daha bəyan edirəm ki, bizim xalq istənilən an ordu sıralarını doldurmağa və vətən sərhədlərini qorumağa hazırdır”.
Anspress