Tarix : 2012 Jul 03
Kod 31328

Jurnalistləri müdafiə edən vahid mərkəzin yaradılması zərurətə çevirib

Azərbaycan Respublikasında məhbus jurnalistlərin sayının günü-gündən artması məhbus jurnalistləri müdafiə edən vahid mərkəzin yaradılmasını zərurətə çevirib
/Aran Agentliyi

 

Azərbaycan Respublikasında məhbus jurnalistlərin sayının günü-gündən artması məhbus jurnalistləri müdafiə edən vahid mərkəzin yaradılmasını zərurətə çevirib.

Məhbus jurnalistlərin Azərbaycan Respublikasında 8-ə çatması artıq Prezident İlham Əliyevin hakimiyyət dövründə məhbəs jurnalistləri müdafiə edən vahid mərkəzin yaranacaqından xəbər verir.

Media Hüququ İnstitutunun eksperti Xalid Ağaliyev Media Forum saytına bildirib ki, qurum Əvəz Zeynallı, Aydın Canıyev, Vüqar Qonaqov, Zaur Quliyev, Anar Bayramlı və Ramin Bayramovun hüquqlarını müdafiə edir.

Xalid Ağaliyev əlavə edib : “Digər şəxslər ayrıca vəkil tutublar, bizə ehtiyac qalmayıb”.

Xalid Ağaliyev qeyd edib ki, Media Hüququ İnstitutu məhbus jurnalistləri bütün məhkəmə instansiyalarında müdafiə edir.

O deyib : “Ölkə məhkəmələrində həll oluna bilməyən məsələlərdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veririk. Başqa müdafiə üsulları da var. Məhbus jurnalistlər haqqında müfəssəl informasiya hazırlanıb beynəlxalq ictimaiyyətə çatdırılır. Biz həbsdə olan bütün jurnalistlərin azadlığa çıxması üçün əlimizdən gələn hər şeyi edirik və edəcəyik”.

Siyasi ekspertlərin fikrincə , məhbus jurnalistlər “İslamazeri ” saytının baş redaktoru Ramin Bayramov, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, beynəlxalq “Səhər” kanalının müxbiri Anar Bayramlı, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, “Azadxeber” saytının baş redaktoru Nicat Əliyev, “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi Azərbaycan Respublikasının beynəlxalq aləmdə imicinə böyük ziyan vurub.

  • Yazılıb
  • da (də) 2012 Jul 03