/Aran Agentliyi
Azərbaycanda əksər yüksək vəzifələri bir-birinə qohum olan şəxslər tutur.
Azərbaycanda əksər yüksək vəzifələri bir-birinə qohum olan şəxslər tutur. Xüsusən də əksər icra başçıları ya hansısa nazirin qardaşı, adamı, yaxın, yaxud uzaq qohumudu.
Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar.
7GUN.az Gunxeber.com-a istinadən həmin icra başçıların bir çoxunun adını təqdim edir.
Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Şirvan və Hacıqabul rayonları Camalovların nəzarətindədi.
Tovuzun icra başçısı Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdı.
Qazaxın icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdı.
Göyçayın icra başçısı nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludu.
Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə deputatdı.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdı.
Bundan başqa Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də Ə.Əhmədzadənin adamı kimi tanınır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdı. Gəncə və Yevlax bölgəsi onların nəzarətindədi.
Binəqədinin icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidi.
Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdı. Abşeron rayonu, Sumqayıtın bir hissəsi və Laçın rayonu Fərəcovların nəzarəti altındadı.
Haqqyolu.com