/Aran Agentliyi
ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 10-da Bakıya gələcəklər.
Həmsədrlər Robert Bradtke, Jak For, İqor Popov daha sonra isə Dağlıq Qarabağ bölgəsinə və İrəvana səfər edəcəklər.
Rusiyalı həmsədr İ. Popov səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklərini söyləyib. Görüşlərdə xarici işlər nazirlərinin Paris görüşünün nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri müzakirə olunacaq.
Siyasi ekspertlərin fikrincə ATƏT-in Minsk Qrupunun əsas missiyası DQ məsələsini erməni separatçıların tələblərini yerinə yetirmək məqsədi ilə uzatmaqdır. Rəsmi Bakı və rəsmi İrəvan DQ müzakirələrini yalnız bu quupun nəzarəti altında davam etdirməyə öhdəlik götürüblər.
Tehran radiosu