Azərbaycan Respublikasında islamçı və müstəqil mətbuat bu dəfə də KİV-in inkişafına dövlət dəstək fondunun maliyyə yardımı etdiyi mətbuat siyahısına salınmayıb
/Aran Agentliyi
Azərbaycan Respublikasında islamçı və müstəqil mətbuat bu dəfə də KİV-in inkişafına dövlət dəstək fondunun maliyyə yardımı etdiyi mətbuat siyahısına salınmayıb.
Mediaforumun məlumatına görə, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstək fondu Azərbaycan Respublikası Mətbuat Şurasının qərarının ardınca 2012-ci ilin ikinci yarısı üçün dövlət maliyyə yardımı alan 29 nəşriyyatın adını açıqlayıb.
Bu nəşriyyat arasında onlarla nəşriyyat, o cümlədən dövlət qəzeti Yeni Azərbaycan, Ayna, Bakı Xəbər, Yeni Müsavat, Olaylar kimi hökumət dəstəkləyən və yaxud qərbyönümlü və millətçi qəzetlərin hər biri 50 min manat Həftə İçi və Şərq qəzeti kimi bəzi qəzetlər isə 30 min manat maliyyə yardımı alacaqlar.
Bu maliyyə yardımına şamil olmağın əsas meyarı hər dəfə ən azı 2 min tiraj sayı ilə 3 il fəaliyyət elan olunsa da, belə xüsusiyyətə malik Nəbz kimi müstəqil və islamçı nəşriyyat bu yardımdan məhrum qalıblar.