Tarix : 2012 Jul 04
Kod 31348

Vicdan məhbusları Avropa Məhkəməsinə üz tutacaq

İyulun 3-də Ali Məhkəmə keçmiş 2 aprel məhbusları Əhəd Məmmədli və Elnur Məcidlinin şikayətlərinə baxıb və onları təmin etməyib. Müdafiə tərəfi Ali Məhkəmədən bəraət istəyirdi
/Aran Agentliyi

 

 İyulun 3-də Ali Məhkəmə keçmiş 2 aprel məhbusları Əhəd Məmmədli və Elnur Məcidlinin şikayətlərinə baxıb və onları təmin etməyib. Müdafiə tərəfi Ali Məhkəmədən bəraət istəyirdi.

Əhəd Məmmədlinin vəkili Yalçın İmanov “Media forum”a deyib ki, Ali Məhkəmənin çıxardığı qərar ədalətsizdir: “Biz belə bir qərar çıxarılacağını gözləyirdik. Ölkə daxilində bu kimi işlər üzrə ədalətli qərar çıxarıla bilməz. Növbəti addımımız Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olacaq”.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidli müxalif İctimai Palatanın 2011-ci ilin aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunublar. Nəsimi Rayon Məhkəməsi Əhəd Məmmədlini 3 il, Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmləri qüvvədə saxlayıb.

Əhəd Məmmədli əfv olunub, Elnur Məcidli isə məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa çıxıb.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Jul 04