Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Cənubi Qafqaz regionuna sabitlik gətirə bilər
/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Cənubi Qafqaz regionuna sabitlik gətirə bilər.
İTAR-TASS-a istinadla verilən xəbərə görə, bu barədə Avropa İttifaqının prezidenti Herman van Rompey İrəvana səfərindən əvvəl “Armenpress”ə müsahibəsində bildirib.
“Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Cənubi Qafqaz regionunu daha sabit bölgəyə və Avropa ilə Asiya arasında tam həcmli qapılara çevirə bilər. Güc tətbiqi Qarabağ münaqişəsini həll edə bilməz”,- Herman van Rompey deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qrupuna dəstəyini bir daha təsdiq edib. Biz “Böyük iyirmilik” sammiti çərçivəsində Fransa, Rusiya və ABŞ prezidentlərinin bəyanatlarını və bu istiqamətdəki səylərini alqışlayırıq.
Salamnews.org