Tarix : 2012 Jul 04
Kod 31351

“Sepahın raket manevrinin mesajı Fars körfəzi təhlükəsizliyinin bərqərarına hazırlıqdır”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fars körfəzində iqtidarlı təhlükəsizliyin bərqərarı üçün tam hazırlığı İslam İnqilabı Keşikçilər ...
/Aran Agentliyi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fars körfəzində iqtidarlı təhlükəsizliyin bərqərarı üçün tam hazırlığı İslam İnqilabı Keşikçilər Korpusu Aeronavtika qüvvələrinin Peyğəmbər Əzəm-7 adlı hərbi təlimlərinin müraciəti hesab edib.

Müxbirimizin məlumatına görə, İran XİN mətbuat katibi Ramin Mehmanpərəst bu gün daxili və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında Peyğəmbər Əzəm-7  raket hərbi təlimlərinin keçirilməsi barəsində deyib: Bu hərbi təlimlərin müraciəti budur ki, İran İslam Respublikası Fars körfəzində təhlükəsizliyin bərqərar edilməsi üçün tam iqtidarla neft tankerlərinin gediş-gəlişi və münasib enerjinin təqdim olunmasında tam hazırlığa malikdir.

İranın XİN sözçüsü bildirib: İslam Respublikasının tam iqtidarı regionun təhlükəsizliyinin bərqərar edicisinin şərti olacaq və ABŞ və Avropa ölkələrinin hərəkətləri region təhlükəsizliyinin hədələyicisidir.

Suriyada milli barışıq hökumətinin təşkil olunması qarşısında İranın mövqeyi və Cenevrə iclasında İranın iştirak etməməsinin İranın regiondakı rolunu azalda biləcəyi ilə bağlı sualı cavablandıran Mehmanpərəst söyləyib: Cenevrə iclası Suriya böhranının dinc yolla həlli üçün rusların təklifi ilə və BMT və Ərəb Liqasının Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Kofi Annan planının möhkəmləndirilməsi istiqamətində keçirildi. Lakin Amerika və bəzi Avropa ölkələrin rəsmilərinin bu iclasda hansı ölkələrin olub-olmaması ilə bağlı yersiz israrı Cenevrə iclasını yetərsiz etdi.

Tehran dəfələrlə elan edib ki, region ölkələri, xüsusilə də Suriyanın daxili məsələlərində müxtəlif ölkələrin müdaxilə etməmələri, hökumətlə müxaliflər arasında dinc atmosferin yaradılması, atəşkəsin bərqərarı və silahlı toqquşmaların dayandırılması Suriyada islahatın icrası və münasib addımların atılmasının şərtidir” –deyə İran XİN sözçüsü deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Suriyada əsas tərəflərə, o cümlədən hökumətə və təsirli ölkələrə diqqət yetirilmədiyi qədər regiondan kənar ölkələrin hərəkətlərinin nəticəsi olmayacaq.

  • Yazılıb
  • da (də) 2012 Jul 04