Tarix : 2012 Jul 04
Kod 31357

Bakı-Təbriz-Bakı reysi açılıb

Təbrizə açılan reysin ilk sərnişinləri arasında jurnalistlərin olmaması diqqət çəkib
/Aran Agentliyi

 

Azərbaycan Hava Yolları” şirkəti Bakı-Təbriz-Bakı birbaşa reysini açıb. Artıq ilk uçuş bu gecə həyata keçirilib. Reyslər ATR tipli təyyarələrlə həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletin qiyməti 96 manatdan başlayır.

Qeyd edək ki, ənənəvi olaraq digər istiqamətlərdə yeni təyyarə reysləri açılarkən ilk uçuşda media nümayəndələri də iştirak edib. Amma Təbrizə açılan reysin ilk sərnişinləri arasında jurnalistlərin olmaması diqqət çəkib

  • Yazılıb
  • da (də) 2012 Jul 04