İslami Oyanış və Qadınlar” beynəlxalq konfransı 10-11 iyulda Tehranda Milad qülləsində 80 ölkədən olan qonaqların iştirakı ilə keçiriləcək
g/arannews
“İslami Oyanış və Qadınlar” beynəlxalq konfransı 10-11 iyulda Tehranda Milad qülləsində 80 ölkədən olan qonaqların iştirakı ilə keçiriləcək.
Bununla əlaqədar mətbuat konfransı keçirən “İslami Oyanış və Qadınlar” Ümumdünya Assambleyasının katibi Əli Əkbər Vilayəti bu konfransda bildirib ki, biz bu iclasda iştirak üçün Azərbaycan Respublikasına dəvətnamə göndərdik və müsbət cavab aldıq. Bu ölkənin müsəlman xalqının nümayəndəsi “İslami Oyanış və Qadınlar” beynəlxalq konfransda iştirak edəcək və ümidvarıq ki, hicab qadağasının təzyiqi altında olan müsəlman xalq üçün münasib həll yolları tapılacaq.
“Bizim məlumatımız var ki, Azərbaycanda müsəlman xalqa, istər kişi və istərsə də qadın üçün nə baş verir. Biz unutmarıq ki, bu ölkənin bəzi din böyükləri, misal üçün mərhum Hacı Əlikram hansı çətinliklə və xəstəliyi ilə öz həbs şəraitini keçirdi və sonda mərhum oldu” –deyə Əli Əkbər Vilayəti bildirib.
Məktəbli qızların hicab qadağası barəsində hadisələri əks etdirdiyinə görə Beynəlxalq Səhər Telekanalının Bakıdakı yerli müxbiri Anar Bayramlının həbs olunması ilə əlaqədar sualı cavablandıran Əli Əkbər Vilayəti deyib: Məktəbli qızların hicab qadağası barəsindəki hadisələri əks etdirdiyinə görə cənab Bayramlının həbsi bir məsələni xatırladır. Sabiq SSRİ-də bəzi müsəlman respublikalarında belə idi ki, əgər övladın ata-anası ona islam təlimləri verərdilərsə, 5 il həbsə məhkum olunurdu. Onlar üçün o qədər çətin məhdudiyyətlər yaradıblar ki, kommunizm dövründə də belə deyildi. Bu təzyiqlərin 100% əks nəticəsi olacaqdır.
“İslami Oyanış və Qadınlar” Ümumdünya Assambleyasının baş katibi deyib: Dünyanın hər yerində, sabiq SSRİ-nin hər yerində, hər bir bölgədə, Türkiyə, Balkan, Tatarıstan, Rusiyada azərbaycanlıları gördüyünüzdə azərbaycanlıların şiə olması və şiəni təbliğ etməsi ilə eyni istiqamətdə olduğunu müşahidə edirsiniz. Rusiyada bəlkə də 2 milyon azərbaycanlı var. Əgər bir məscid yaxud hüseyniyyə varsa, onu azərbaycanlılar tikiblər. Azərbaycanlıların din, islam və şiəliklə canları südlə şəkərin qarışdığı kimi bir-birinə qarışıb. Onlar Stalin dövrünü arxada qoymuşlar. Hazırda Azərbaycan hökuməti də bu respublikada islamofobiya və anti-islam sahəsində heç nə edə bilməyəcək. Lakin qəbul edirik ki, Azərbaycan xalqına ağır təzyiqlər tətbiq olunur.(TR)