Xatırladaq ki, belə bir zona ötən il NATO tərəfindən Liviya üzərində yaradılmışdı
g/arannews
NATO-ya daxil olan ölkələr iyunun 26-da Brüsseldə keçirilmiş qapalı iclasda Türkiyənin Suriya üzərində «uçuşa qadağan zonası»nın yaradılması barədə planını rədd ediblər. Bu barədə Türkiyənin «Hürriyet» qəzeti diplomatik dairələrdəki mənbəyə istinadən yazıb.
«Onlar türk planını qəbul etməyiblər. Deyəsən, hazırda alyansda heç kim dünyanın bu hissəsində hərbi əməliyyatlara başlamağa hazır deyil», deyə mənbə bildirib.
Xatırladaq ki, belə bir zona ötən il NATO tərəfindən Liviya üzərində yaradılmışdı.