İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədr müavini və Azərbaycan Respublikasının Xəzər Universitetinin direktoru görüşərək...
/Aran Agentliyi
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədr müavini və Azərbaycan Respublikasının Xəzər Universitetinin direktoru görüşərək, iki ölkə arasında mədəni və universitetlər arası əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
İRİB-nin Bakından verdiyi məlumata görə bu gün cümə axşamı günü günorta keçirilən bu görüşdə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədr müavini Doktor Kərim Nəcəfi Xəzər Universitetində İranşünaslıq Kafedrasının fəaliyyətinin Rəsmi Bakının İran İslam Respublikası ilə elmi, ədəbi və mədəni əməkdaşlıqların genişləndirməyə meylli olduğunun göstəricisi olduğunu bildirib.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri müavinin həmçinin Azərbaycan Respublikasında fars dilində çoxlu əsərlər, kətibələr və əlyazma nüsxələrin olduğunu işarə edərək, fars dilini iki ölkənin müştərək irsi olduğunu da önə çəkib.
“ Azərbaycan Respublikası xalqının Hafiz Şirazi, Sədi, Mövləvi və Nizami Gəncəviyə olan hörmətləri iki ölkənin dəri mədəni ortaqlıqlarından mənşə alır” –deyə Doktor Kərim Nəcəfi qeyd edib.
Bu görüşdə Xəzər Universitetinin dekanı Doktor Hamlet İsaxanlı da deyib:” İran və Azərbaycan Respublikasının mədəniyyətləri müştərək və ayrılmazdırlar”.
İranla Azərbaycan Respublikası arasındakı dərin ortaqlıqlara işarə edən İsaxanlı sonra deyib:” İranla Azərbaycan Respublikasının universitetləri iqtisadi, mühəndislik və tibb elmləri sahələrində əməkdaşlıqlar aparmaqla yanaşı, iki ölkənin müştərək mədəniyyətlərinin tanıtdırılması haqda da səy göstərməlidirlər”.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədr müavini çərşənbə günü axşam Bakıya daxil olub.