Tarix : 2012 Jul 07
Kod 31385

Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib

İyul ayının 6-sı saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclası keçirilib
/Aran Agentliyi

 

İyul ayının 6-sı saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclası keçirilib.

Açıq keçirilən iclasda şahidlər dindirilib.

Şahid qismində 6 nəfər ifadə verib. Onların arasında dindarlar da olub. Hakim növbəti məhkəmə iclasını iyul ayının 16-a təyin edib.

Məhkəmədən geniş reportaj yaxın saatlarda təqdim ediləcək.

Xatırladaq ki, 2011-ci ilin avqust ayında həbs olunan Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır. Ruhani saxlanıldığı gündən MTN-nin təcridxanasında saxlanılır.

islamazeri.az

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 07