Azərbaycan XİN İranın Bakıdakı diplomatik missiyasının bağlanması ilə bağlı mətbuatda yayılmış xəbərləri təkzib edib
/Aran Agentliyi
Azərbaycan XİN İranın Bakıdakı diplomatik missiyasının bağlanması ilə bağlı mətbuatda yayılmış xəbərləri təkzib edib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bu barədə xarici siyasət idarəsinə müraciət daxil olmayıb.
O deyib: “İran səfiri Azərbaycandakı diplomatik missiyasını normal prosedurlara uyğun olaraq başa vurub. Diplomatik missiyanın başa çatması praktikada olan adi prosedur qaydasıdır".
Eyni zamanda, İranın Bakıdakı səfirliyinin mətbuat xidmətini rəhbəri Abbas İskəndəri də bu məlumatı təkzib edib: “Bu məlumat həqiqəti əks etdirmir”.
Bildirək ki, “Olaylar” İnformasiya Agentliyi İranın Bakıdakı səfirliyinin müvəqqəti olaraq bağlandığını, onun missiyasının isə, konsul şöbəsinin həyata keçirəcəyi barədə məlumat yayıb.
SalamNews.org