Tarix : 2012 Jul 07
Kod 31389

AİP İmam Zamanın (ə.f.) mövlud gününü qeyd edib

Azərbaycan İslam Partiyası (AİP) İmam Zaman (ə) mövludu münasibətilə Bakıda möhtəşəm bayram tədbiri keçirib
/Aran Agentliyi

Azərbaycan İslam Partiyası (AİP) İmam Zaman (ə) mövludu münasibətilə Bakıda möhtəşəm bayram tədbiri keçirib

AİP-dən İslamazeri.az-a verilən məlumata görə, tədbirdə 300-dən çox qonaq iştirak edib.

Bayram tədbirinə sadə dindarlar, mömin və möminələrlə yanaşı ölkənin ictimai-siyasi xadimləri – ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, QAT sədri Akif Nağıyev, Birlik Partiyasının sədri Xudu Xuduyev, İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov, ağsaqqallar – Hacı Hacıağa Nuri, Hacı Eldar, Hacı Fəyaz Nəbizadə qatılıblar.

Tədbir Kərbəlayi Fuad Seyfullayevin quran tilavəti ilə başlayıb. Heydəri Kərrar məddahlar qrupu surudları və ilahi mahnıları ilə tədbirə toplaşanları feyziyyab edib.

Sonra ilahiyyatçı Hacı Sərdar Rəhməti xütbə söyləyib.Tədbirdə həmçinin “Rüqəyya” qrupunun yeniyetmə üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Bayram tədbiri iştirakçıların xoş əhval-ruhiyyəsinə səbəb olub və qəlblərində ilahi eşqi, 12-ci İmama məhəbbəti daha da gücləndirib.

İslamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 07