Tarix : 2012 Jul 07
Kod 31390

AİP Ağstafa rayon komitə sədrinə təzyiq olunub

Ağstafa rayonunda İslam Partiyasının fəaliyyətinə məhdudiyyətlər var
/Aran Agentliyi

 

Ağstafa rayonunda İslam Partiyasının fəaliyyətinə məhdudiyyətlər var

Azərbaycan İslam Partiyasının Ağstafa Rayon Komitəsinin sədri Zeynalov Vüsal Zabit oğlu Ağstafa rayon icra hakimiyyətinə rəsmi şəkildə məktub ünvanlayaraq 06.07.2012 tarixdə konfrans keçirmək üçün 200 nəfərlik yer ayrılmasını tələb edib.Bununla bağlı Ağstafa rayon polis şöbəsinə çağrılan V.Zeynalov bildirib ki, həmin şöbənin rəisi və əməkdaşları tərəfindən mənəvi və fiziki təzyiqə məruz qalıb.

Onun sözlərinə görə, polis rəisi əvvəlcə onu 10 sutka həbslə hədələsə də, sonradan 50 manat civarında cərimə etməklə sərbəst buraxıb.Komitə sədri həmçinin bildirib ki, o, prokurorluğa da çağrılıb. Prokurorluqdan isə “biz sizin tədbir keçirməyinizə heç vaxt imkan verməyəcəyik” cavabı verilib.

  • Yazılıb
  • da (də) 2012 Jul 07