Tarix : 2012 Jul 07
Kod 31392

Bakıda 3-cü “Fars dili və ədəbiyyatı” olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası paytaxtı Bakıda keçirilən 3-cü “Fars dili və ədəbiyyatı” olimpiadasının qalibləri mükafatlandırılıb
/Aran Agentliyi

 Azərbaycan Respublikası paytaxtı Bakıda keçirilən 3-cü “Fars dili və ədəbiyyatı” olimpiadasının qalibləri mükafatlandırılıb.

İRNA-nın məlumatına görə, bu mərasim cümə günü İran İslam Respublikasının Bakıdakı səfiri, Azərbaycan Respublikasında yaşayan bir qrup iranlı və Azərbaycan Respublikası universitetlərinin müəllim və tələbələrinin iştirakı ilə İranın Bakıdakı Mədəniyyət Mərkəzində keçirilib.

İranın səfiri Məhəmmədbağır Bəhrami bu mərasimdə etdiyi çıxışında azərbaycanlı tələbələrin fars dili, ədəbiyyatı və zəngin mədəniyyətinə olan marağından razılığını bildirib və deyib: Fars dilində yazıb-yaratmış bütün ədib və şairlərin məqsədi tövhid və təkallahlığın genişləndirilməsi olub.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Kərim Nəcəfi Bərzigər də bu mərasimdə deyib: Fars dili İran diyarının fəxrli mədəniyyətinin göstəricisidir. Belə ki, müxtəlif dövrlərdə dünyanın bir çox yerlərindən alim və ziyalılar bu dildə şerlər söyləyiblər və onu daha artıq öyrənməkdə maraqlı olublar.

Habelə İranın Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri bu mərasimdə iştirak edərək 3-cü Fars dili və ədəbiyyatı olimpiadasının keçirilməsinə dair məlumat verib və deyib: Bu dövrdə azərbaycanlı tələbə və şagirdlərdən 22 nəfər yüksək yerləri əldə edə bilib və bu mərasimdə onlar mükafatlandırılacaq.

Bu mərasimin sonunda 3-cü Fars dili və ədəbiyyatı olimpiadasının qalibləri öz mükafatlarını İran İslam Respublikasının Bakıdakı səfiri və İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavinindən alıblar.

  • Yazılıb
  • da (də) 2012 Jul 07