Tarix : 2012 Jul 07
Kod 31393

“İranda həbs olunmuş 2 Azərbaycan casusu barəsində ətraflı məlumat veriləcək”

İran İslam Respublikasının təhlükəsizlik naziri Heydər Müslihi deyib: İranın şimal-qərbində casusluq ittihamı ilə həbs olunmuş ...
/Aran Agentliyi

İran İslam Respublikasının təhlükəsizlik naziri Heydər Müslihi deyib: İranın şimal-qərbində casusluq ittihamı ilə həbs olunmuş iki Azərbaycan Respublikası vətəndaşının həbsi ilə əlaqədar ətraflı məlumat gələcəkdə elan olunacaq.

İran Tələbələri İnformasiya Agentliyi İSNA-nın məlumatına görə, İranın təhlükəsizlik naziri Heydər Müslihi cümə günü Tehranda jurnalistlər qarşısında casusluq ittihamı ilə İranda həbs olunan iki Azərbaycan Respublikası vətəndaşının həbsi ilə əlaqədar detallar barəsində deyib: Yaxın gələcəkdə bu barədə məlumat veriləcək.

Press TV telekanalı son zamanlar bildirib ki, 2012-ci il may ayının əvvəllərində Təbrizdə həbs olunan Azərbaycan Respublikasının iki vətəndaşı Şəhriyar Hacızadə və Fərid Hüseynov sionist rejimin casusluq təşkilatı Mossad və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi üçün casusluqda ittiham olunurlar.

  • Yazılıb
  • da (də) 2012 Jul 07