Tarix : 2012 Jul 07
Kod 31396

Casuslar üçün geniş səfərbərlik, Yazıçılar Birliyinin sədri və Xarici İşlər Naziri də meydanda

Azərbaycan Respublikasının verdiyi məlumata görə İranda yaxalanan 2 azeri casusun azad olunması istiqamətində böyük kompaniya yaranıb
/Aran Agentliyi

Azərbaycan Respublikasının verdiyi məlumata görə İranda yaxalanan 2 azeri casusun azad olunması istiqamətində böyük kompaniya yaranıb.

Kompaniyanın geninişliyi təkcə diplomatik dayirılırı o cümlıdın Xarici İşlər naziri Elmar Məmmədyarova məhdudlaşmayıb, Yazıçılar İtifaqının Sədri Anar Rzayev də təşəbbüsə qatılıb.

Bir tərəfdən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranın Bakıdakı səfiri Məhəmmədbağır Bəhrami ilə onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşü zamanı Az'rbaycan vətəndaşları olan iki casusun İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə.

Nazir saxlanılan azeri casuslar ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini xahiş edib və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvarlığını bildirib.

Digər tərəfdən Bakı mediası Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq Yazıçısı Anar Rzayevin sözü gedən casusların AYB-in üzvü olduğunu bildirib Fərid Hüseynin və Şəhriyar de Geraninin İranda həbs edilməsi ilə əlaqədar İran İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneiyə məktub göndiyini bildirib

Məlumata görə Anar həmin məktubda yazıb: " İki gənc şairimizin – Yazıçılar Birliyinin üzvü Fərid Hüseynin və Şəhriyar de Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta “Heydərbabaya salam” şeirindən bir neçə beyti oxudunuz. Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 07