Elçibəy hakimiyyətinin Heydər Əliyevi yenidən Bakıya qaytarmaq üçün qabaqcada qurulmuş plan olduğu rəsmi təsdiqini də tapır
/Aran Agentliyi
Elçibəy hakimiyyətinin Heydər Əliyevi yenidən Bakıya qaytarmaq üçün qabaqcada qurulmuş plan olduğu rəsmi təsdiqini də tapır.
Son vaxtlarda Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən ələ alınmış guyaki müxalifətçi qəzet Yeni Musavat qəzeti deputat İbrahim İbrahimliyə istinadən yazıb : “ Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının gəlməsini qəbul etməyəcək!!”
Deputat İbrahim İbrahimli əlavə edib : ““Elçibəy hakimiyyətini zəiflik göstərib hakimiyyəti qoruyub saxlaya bilməməkdə, Heydər Əliyevi iqtidara dəvət etməkdə suçlananlar öncə bir məsələni nəzərə almalıdırlar ki, o dövrdə hakimiyyəti qoruyub saxlamaq mümkün idi, ya yox”.
İ.İbrahimli “Yeni Müsavat”a özəl açıqlamasında deyib : “Sovet imperiyasının dağılmasından sonra milli qüvvələrin hakimiyyətə gəlişi və qısa zamanda hakimiyyətdən gedişi onunla bağlı idi ki, cəmiyyət demokratiyaya alışmamışdı, demokratiyadan sui - istifadə baş verdi. Keçmiş SSRİ məkanında bu proses, Baltikyanı ölkələri çıxmaq şərti ilə, digər bütün respublikalarda getdi. Yenidən geriyədönmə prosesi baş verdi. Gürcüstanda da belə oldu; Şevardnadze hakimiyyətə gəldi, Azərbaycanda da belə oldu, - Heydər Əliyev hakimiyyətə gəldi.”
Deputat İbrahim İbrahimli əlavə edib :” Bu variant seçilərkən Əbülfəz bəy bilirdi ki, Azərbaycanda demokratiyaya ciddi zərbə dəyəcək, ölkə demokratiya yolundan uzaqlaşacaq. Amma Ayaz Mütəllibov və ya Surət Hüseynov variantı daha pis idi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi.”.
Səhər TV